- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Samur-Yalama milli parkının Xaçmaz rayonunda yerləşən meşə zolaqlarında səmti müəyyənetmə üzrə açıq respublika çempionatının qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 250 idmançı mübarizə aparıb. Bundan savayı, yarışa Finlandiyadan 60 nəfər qoşulub.
Uzun və orta məsafədə 14 yaş kateqoriyası üzrə yarışda “Dağçılıq” idman klubunun üzvləri hesabında 1-ci olub və kubokunu qazanıb. “Neftçi” 2-ci, Müdafiə nazirliyinin komandası 3-cü olub. Qalib idmançılara və komandalara medal və diplomlar təqdim edilib. Elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilən yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.
Mükafatlandırma mərasimində qeyd olunub ki, bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği üçün keçirilir. Bununla yanaşı, turnir ölkənin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.