- Baxış sayı: 38
- 27 Mart 2026 20:40
- Baxış sayı: 107
- Mart 27, 2026
- 0

Kişinyovda səmti müəyyən etmə üzrə “Moldovian Masters Orienteering Cup” adlı beynəlxalq yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə millimiz uğurlu çıxış edib. W21A kateqoriyasında Rəna Abbaszadə qızıl medal, M35-də Xəyyam Məmmədov 3-cü yer tutub.
Sonda mükafatlandırma mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Pərvin Şərifov təşkilatçılara öz təşəkkürünü bildirib və iştirakçıları gələn ilin may ayında ölkəmizdə keçiriləcək Heydər Əliyevin xatirəsinə beynəlxalq kubok yarışına dəvət edib.