- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolağında vergilər, gənclər və idman nazirlikləri, xüsusi dövlət mühafizə xidmətinin dəstəyi ilə səmti müəyyən etmə üzrə növbəti açıq ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, nazirliklər, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali və orta təhsil müəssisələri daxil olmaqla, ümumilikdə 150 nəfər uzun və orta məsafə üzrə mübarizə aparıb.
Gərgin keçən mübarizədə iki günün cəmi üzrə K21 kateqoriyasında Vladislav Tuzov (“Neftçi İK”) bütün rəqiblərini qabaqlayıb. “Neftçi İdman Klubu”nun digər idmançıları Gennadi Klim və Maksim Baxoldin isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Elit kateqoriyasında qadınlar arasında isə müdafiə nazirliyinin əməkdaşı Məryəm Ziyadxanova qızıl medala sahib olub. Fövqəlada hallar nazirliyinin idmançısı Sevda Verdiyeva gümüş, “Dağçılıq” idman klubunun idmançısı Olqa Maşkova bürünc medal qazanıblar.
Komanda hesabında “Nefçi İdman Klubu” yarışın qalibi olub. “Dağçılıq”2-ci, müdafiə nazirliyi 3-cü yerə çıxıb. Qalib gələn idmançılara medal və diplomlar təqdim edildi.