- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qəbələ” yeni mövsümün hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, 4 gündür rayon stadionunda məşq edən “qırmızı-qaralar”da ovqat yüksəkdir. Baş məşqçi Sənan Qurbanov toplanışı belə dəyərləndirib:
“Hazırlığın gedişindən razıyam. Hər şey yaxşı gedir. Yeni mövsümə plan üzrə hazırlaşırıq. Heyətimizdə gənc futbolçularımız var. Yeni transferlərin bizə qoşulmasını gözləyirik. Futbolçular həm toplu çalışmaları icra edirlər, həm də fiziki hazırlıq üzərində çalışırlar.
Bir gün 1, ertəsi 2 məşq ardıcıllığı ilə hazırlıqları davam etdiririk. Bu proqrama əsasən güc, sürət, ümumiyyətlə hər şey üzərində çalışırıq. İyulun 23-də ikitərəfli oyunumuz olacaq. Ayın 29-da “Zirə”ylə qarşılaşacağıq. Bu matçlara qədər planlaşdırdığımız müəyyən səviyyəyə çatacağıq. Ümumiyyətlə, mərhələ-mərhələ inkişaf etmək fikrindəyik”.
O, Avropa liqasının 2-ci təsnifat mərhələsinin püşkatmasına da toxunub. 39 yaşlı mütəxəssis ilkin mərhələnin “La Fiorita” (San-Marino) – “Enqordani” (Andorra) cütünün qalibi ilə Gürcüstan “Dinamo”su arasında ilk təsnifat mərhələsinin matçlarından sonra rəqibin müəyyənləşməsini gözləyir: “Tbilisi “Dinamo”su favorit kimi göstərilir. Gürcüstan klubu köklü komandadır. Bu rəqiblə əvvəl də qarşılaşmışıq, tanıyırıq. Çalışacağıq ki, oyunun keçiriləcəyi tarixə – iyulun 25-dək optimal formanı yığaq.
Düzdür, həmin vaxta maksimum formamızı bərpa edə bilmərik. Lakin qarşılaşmaya optimal formada çıxmağa çalışacağıq. Cütün favoritinə gəlincə, hər iki klub adı iddialı səslənir. “Dinamo” dünən Gürcüstan kubokunun oyununda məğlub olub. Həmin görüşü izlədik. Analiz də edəcəyik. Onlar ilk mərhələni keçdikdən sonra rəqibimiz olacağı tam aydınlaşacaq. Bundan sonra komanda haqda məlumat toplayacağıq”.