- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Sabah Avropa liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ” – “Dinamo” (Tiflis, Gürcüstan) oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında bunu söyləyib:
“Sabah Avropa liqasında ilk oyunumuza çıxacağıq. Gürcüstan “Dinamo”su ilə qarşılaşacağıq. Çox ciddi bir rəqibdir. Məsuliyyəti dərk edirik. Sabah evdə keçiriləcək ilk qarşılaşmada yaxşı nəticə qazanmağa çalışacağıq. Baxmayaraq ki, həm rəqib ciddi komandadır, həm də onlarda çempionat davam edir.
Biz hazırlığı yeni başa vurmuşuqsa, rəqib çempionatda mübarizə apardığı üçün daha hazırlıqlı görünür. Biz iki mərhələdə keçən hazırlıqda bacardığımız qədər futbolçuların bu dövr üçün yaxşı forma yığmasına çalışdıq. Meydana çıxacaq futbolçulara inanırıq. Onlar yoxlama oyunlarında istəkli olmaları ilə bizə ümid verdilər. Oyunçularımız bütün bunları sabah meydanda nümayiş etdirməlidirlər”.