- Baxış sayı: 37
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 127
- Noyabr 28, 2024
- 0
Türkiyə millisinin baş məşqçisi Şənol Günəş bu gün İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin “A” qrupunun III tur matçından öncə mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, növbəti mərhələyə yüksəlmək üçün möcüzənin lazım olduğunu deyib
“Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik. Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq.
4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var. Tənqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq.
Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik”.