- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 63
- Dekabr 05, 2025
- 0

Rusiya paytaxtında ağırlıqqaldıranların Avropa çempionatına millimiz uğurla başlayıb. Qadınlarda 59 kq-da çıxış edən Boyanka Kostova toplam 211 kq (95+116) nəticə ilə 4-cü dəfə Avropa çempionu tituluna yiyələnib.
Komandamızın baş məşqçisi Sərdar Həsənov allsport.az saytına sevincini bölüşüb: “Boyanka yarışa yaxşı hazırlamışdı. Buna qədər bir neçə ölkədə təlim-məşq keçmişdi. Pandemiya ümumi hazırlığımıza təsir etsə də, imkan daxilində bacardığımızı etmişdik.
Kostova Moskvada 4-cü dəfə qitə çempionu olmaqla yanaşı, Tokio-2020 yay olimpiya oyunlarına lisenziyaya da sahib çıxıb. Yaxın zamanlarda bu müjdə rəsmiləşəcək. Müstəqillik qazandıqdan bəri iştirak etdiyimiz bütün olimpiadalarda ağırlıqqaldırmada təmsil olunmuşduq. Rio-2016-da müəyyən cəzalı səbəblərdən iştirtak edə bilmədik. Sevindiricidir ki, bu xoş ənənə yenı davam edəcək”.