- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Kikboksçularımız daha bir yarışda etimadı doğruldublar. Allsport.az saytı xəbər verir ki, söhbət Ukraynada keçirilən “Wizard Open” turnirindən gedir. Kiyevdə ölkəmizi AKF-in “Sərhədçi” klubu təmsil edib. Komandamız əməkdar məşqçi Fuad Zeynalovun rəhbərliyi ilə 7 medal qazanıb.
Ən yaxşı göstərici Elcan Alıkişiyev, Elşad Şahbazov və Elməddin Baxşəliyevin aktivindədir. Hər üç kikboksçu yarışın baş mükafatına layiq görülüb. Vüsal Kazımovla Zöhrab Əsədov fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Məqsəd Hacıyevlə Nihad Hüseynov isə bürünc medala sahib olub. 2 idmançımız həmçinin, turnirin “Qala gecəsi”ndə də bacarığını göstərib. Elcan Alıkişiyevlə Elşad Şahbazov döyüşləri qələbə ilə başa vurub.
Sportline.az xəbər verir ki, ənənəvi “Wizard Open” turnirində, Ukrayna, Azərbaycan, İsrail, Bolqarıstan və Moldova kikboksçuları qələbə uğrunda mübarizə aparıblar. Komandanın çıxışını yüksək qiymətləndirən baş məşqçi Fuad Zeynalov, “Sərhədçi”nin bütün uğurlarına görə, AKF-nin prezidenti Adil Əliyevə və klubunun prezidenti Cavid Ismayılova təşəkkürünü bildirib.