- Baxış sayı: 607
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

VI İslam həmrəyliyi oyunları çərçivəsində noyabrın 6-da Səudiyyə Ərəbistanı krallığının Ər-Riyad şəhərində gənclər və idman naziri Fərid Qayıbov ilə Səudiyyə Ərəbistanı krallığının idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səud arasında görüş keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüş zamanı Azərbaycan respublikasının gənclər və idman nazirliyi ilə Səudiyyə Ərəbistanı krallığının idman nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq üzrə 2026–2027-ci illər üçün icra proqramı imzalanıb.
Sənəd iki ölkə arasında gənclər siyasəti, mübadilə proqramları, könüllülük fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.