- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

“Sabah” səfərdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Allsport.az xəbər verir ki, ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubu premyer liqanın 10-cu turunun “Qəbələ” ilə görüşündə 3 xal qazanıb – 2:1.
Bunadək bakılıların son səfər qələbəsi fevralın 2-nə təsadüf edib. “Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə edib və 7 dəfə uduzub.
274 günlük seriyanın qırılması həm də paytaxt klubunun premyer liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib.