- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulan ilk qol “Sabah” üçün yubiley xarakteri daşıyıb.
Allsport.az xəbər verir ki, Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib.
Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib.
Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. “Sabah” ölkə kubokuna rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.
Qol sayını 27-yə çatdıran “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir.
“Sabah” kubokdakı ilk səfər qolunu 2018/19 mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurub – 3:0.