“Sabah”, “Abşeron Lions”, “Neftçi” və “Ordu” pley-offda

12-15 martda Azərbaycan basketbol liqasında (ABL) 19-cu turun görüşləri keçirilib.

Allsport.az xəbər verir ki, “A” və “B” qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

“Gəncə” – “Sabah” (73:87)
“Abşeron Lions” – “Neftçi” (107:86)
NTD – “Şəki” (101:84)

B qrupu

“Naxçıvan” – “Sərhədçi” (83:67)
“Sumqayıt” – “Ordu” (98:121)
“Lənkəran” – “Quba” (88:95)

Müntəzəm mövsümün sonuna bir tur qalmış, reqlamentə əsasən “Sabah”, “Abşeron Lions”, “Neftçi” və “Ordu” klubları birbaşa olaraq play-off’a (1/4 final) vəsiqəni təmin ediblər.

Həmin kateqoriyadan