“Sabah buna cəhd edəcəyik”

“Araz-Naxçıvan” konfrans liqasının III təsnifatının cavab oyununda Nikosiyada “Omoniya” (Kipr) ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “al qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyük hesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq.

Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik.

Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.

Həmin kateqoriyadan