- Baxış sayı: 40
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 165
- Dekabr 19, 2025
- 0


Gənclər liqasında 36-cı turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, “Sabah”ın U-19 komandası bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç Masazır təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.
Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar. Bu qələbə ilə xallarının sayını 89-a çatdıran “Sabah”, mövsümün bitməsinə 3 tur qalmış, çempionluğunu rəsmiləşdirib.