- Baxış sayı: 38
- 31 Mart 2026 21:42
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

“Sabah” komandada icarə əsasında çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnib. Allsport.az xəbər verir ki, futbolçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubuyla razılığa gəlinib.
21 yaşlı hücumçunun özü ilə 3 illik müqavilə bağlanıb. Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüşdü. Fofana cari premyer liqada 8 oyun keçirib, 1 qol vurub.