“Sabah” fransalı hücumçu alıb

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, Qvineya əsilli fransalı futbolçu Amadu Diallo ilə 2 illik müqavilə bağlanıb. 

25 yaşlı hücumçu karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib.

Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.

Həmin kateqoriyadan