- Baxış sayı: 31
- 02 Fevral 2026 19:58
- Baxış sayı: 105
- Fevral 02, 2026
- 0

“Sabah” Azərbaycan premyer liqasında ardıcıl 7-ci qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, bu, XVIII turun “Zirə” ilə görüşündə gerçəkləşib.
Bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax” (4:1) üzərində qələbə qazanan paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu, klub tarixinin rekordunun təkrarıdır.
“Sabah” premyer liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atmışdı. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib. 2022/23 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.
“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun premyer liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/22 mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.