“Sabah meydanda sözümüzü deməyə çalışacağıq”

“Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm. Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm”. 

Allsport.az xəbər verir ki, bunu Azərbaycan komandasının kapitanı Emin Mahmudov İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələ oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Futbolçu onları ağır oyun gözlədiyini qeyd edib: “Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq. İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik. Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Sabah meydanda sözümüzü deməyə çalışacağıq”.

İslandiya – Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan