- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Çempionlar liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis futbolçularına güvəndiyini söyləyib:
“Bizi çox maraqlı oyun gözləyir. Zəngin tarixə malik komanda ilə qarşılaşacağıq. Belə böyük klubların Azərbaycana gəlməsi, ulduz futbolçuları azarkeşlərin canlı görmələri bir stimuldur.
Bunlar futbolumuzun inkişafına, bu idman növünün ölkəmizdə daha çox sevilməsinə təkandır. Oyuna heç də pis hazırlaşmamışıq. Sabah meydanda yaxşı, mübariz oyun göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlərimiz oyunumuzdan razı qalacaqlar”.