- Baxış sayı: 589
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Milli olimpiya komitəsində sabah Baş məclisdə seçkilər keçiriləcək. Bu barədə allsport.az saytına MOK-dan məlumat verib. Tarixi toplantı saat 11:00-da başlayacaq. Əldə etdiyimiz bilgiyə görə, yüksək rəhbər vəzifələrdə dəyişilik olmayacaq.
Ötən ilin dekabrında qurumda prezident mandatının 8-illik müddəti başa çatdığından, bu seçkidə ölkə başçısı İlham Əliyev iştirak edəcək. Nizamnaməyə görə, növbəti 4-illiyə quruma yeni rəhbər müəyyənləşəcək. Azərbaycan idmanı ümummilli lider Heydər Əliyevin layiqli davamçısına ehtiyac duyduğundan, bu baş məslicdə də İlham Əliyevin yenidən MOK-un prezideti seçilicəyi birmənalıdır.
Hazırkı vitse-prezident Çingiz Hüseynzadə də öz vəzifəsində qalacaq. 73 yaşlı alim idmanda ədalət və inkişaf uğrunda yeni mübarizəyə qoşulacaq.