Sabah Peter Zeyzenbaher Bakıda olacaq

O, müqavilə bağlamağa tələsmir

Cüdo üzrə millimizin keçmiş baş məşqçisi Peter Zeyzenbaher sabah paytaxta gələcək. Səfər çərçivəsində avstriyalı mütəxəssis ACF rəhbərliyi ilə görüşəcək. Allsport.az saytına daxil olan məlumata görə, Rio-2016-ya bir ildən də az vaxt qaldığı üçün, qonaq Azərbaycanlılarla müqavilə bağlamağı tələsmir.

O, sərfəli təklif gözləyir. Çox güman, tərəflər ortaq məxrəcə gələcək. Çünki Zeyzenbaherin şərtlərini ACF-in qəbul etməsinə digər səbəb, dünya çempionu Elxan Məmmədovun onu dəstəkləməsidir. Yeni rəhbərlik komandada olan aktiv fulkanın onların dönəmində də püskürməsini istəmir.

Əldə etdiyimiz bilgiyə görə, avstriyalı məşqçi Azərbaycanda uzun müddətə işləmək niyyətindədir. İndiki vəziyyətdə məsuliyyətin ağır olduğunu görüb, asan şərtlərə razılaşmaq fikrində deyil. O, ACF-in lisenziyaların sayının 4-dən 7-yə yüksəlməsi, Rio Oyunlarında ən azı 2 medal qazanılması istəyini yaxşı bilir.

 

Həmin kateqoriyadan