“Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

Allsporta.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında baş məşqçi Canni de Byazi səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:

“Estoniya millisinin Avstriya ilə oyununu izləmişəm, yaxşı çıxış ediblər. Son iki qarşılaşmada uduzduğumuzdan, futbolçularda revanş istəyi var. Estoniyada mövsüm davam edir. Bizdə isə mövsüm yekunlaşıb. Bu, vacib amildir. Bilirəm ki, futbolçularımızda yorğunluq var. Ancaq uğur qazanmaq üçün rəqibdən çox qaçmalı, böyük enerji sərf etməliyik.

İlk iki oyunda uduzduq, 9 qol buraxdıq. Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Futbol riyaziyyat deyil. İstənilən halda sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, fərdi səhvlər oldu, bu da bizə baha başa gəldi”.

Həmin kateqoriyadan