- Baxış sayı: 38
- 05 Fevral 2026 18:05
- Baxış sayı: 203
- Fevral 04, 2026
- 0

“Sabah” Azərbaycan premyer liqasının cari mövsümündə 14-cü heç-heçəsini edib.
Allsport.az xəbər verir ki, bu, XXVII turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.
Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.
Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.