- Baxış sayı: 24
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 96
- Dekabr 05, 2025
- 0

“Sabah” klubu Azərbaycan kubokunun 1/8 finalında “Ağsu”nu 5:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, bu, klub tarixinin ən böyükhesablı qələbəsinin təkrarıdır. Paytaxt təmsilçisinin ən böyük fərqlə qələbəsi 5 topla olub. Üçüncü dəfə eyni fərqlə qalib gələn komanda bu matçların hamısında 5:0 hesabına sevinib.
2017-ci ildən rəsmi yarışlarda iştirak dən komanda 1-ci divizionda oynadığı 2017/18 mövsümündə belə qələbələr qazanıb. 2017-ci il oktyabrın 15-də “Zaqatala”nı qəbul edən “Sabah” 5 cavabsız qolla qalib gəlib. 2018-ci il martın 19-da isə eyni hesab “Binə”ylə görüşə təsadüf edib.