- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

“Sabah”ın U-14 komandası Gürcüstanın Martvili şəhərində keçirilən “Future Cup”da iştirak edib. Allsport.az saytı xəbər verir ki, bizimkilər ilk görüşdə Batumi “Dinamo”suna 8:0, sonra Tiflis “Dinamo”suna 3:2 qalib gəliblər.
Növbəti görüşdə “Martve Kutaisi” klubunda 2:0 qalib gələn 14 yaşlı futbolçularımız, yarımfinalda “Baia Zuqdidi”ni 1:0 məyus ediblər.
Həlledici oyunda rəqib yenə Tiflis “Dinamo”su olub. Bu dəfə paytaxt komandasını 3:0 yenən “Sabah” qalib adını qazanıb. Finalda qolları Məhəmməd Məmmədov, Anar Cəbiyev və Niyazi Osmanov vurublar.