- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan premyer liqasının XII turu “Sabah” üçün yubiley heç-heçəsi ilə əlamətdar olub.
Allsport.az xəbər verir ki, Bakı klubu turnirdə 60-cı dəfə meydandan bir xalla ayrılıb.
Bu, “Şamaxı” ilə qarşılaşmaya təsadüf edib – 0:0. “Sabah” premyer liqada keçirdiyi 223-cü matçda 60-cı sülhlə kifayətlənib. Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır. Bakılılar evdə 32, səfərdə 28 dəfə bərabərə qalıb.
Yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda “Neftçi”dir – 222.