- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, toplantıda premyer liqanın 24-cü turunda “Sabah” – “Neftçi” görüşü ilə bağlı (2:2) aşağıdakı qərarlar qəbul olunub:
“Sabah” – “Neftçi” oyununda ev sahibinin 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur.
“Göy-ağlar”ın 4 nömrəli futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanır, klub 200 manat ziyana düşüb.
“Sabah”ın 13 nömrəli futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub, 200 manat cərimələnir.
Meydan sahiblərinin 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimələnir.
“Sabah”ın rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.
“Neftçi”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Qonaqların baş məşqçisi Samir Abbasov oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.