- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Coy-Lens Mikelslə müqavilə bağlayıb.
27 yaşlı vingerlə anlaşmanın müddəti 2 ildir.
Konqo əsilli futbolçu karyerası ərzində Almaniyanın “Borussiya-2” (Münhenqladbax, 2013-2014), “Şalke-2” (2014-2016), “Alemannia” (2016/2017), “Vaker Nordhauzen” (2017-2020), “Karl Zeys Yena” (2020) və Niderlandın “Maastrixt” (2020-2021) klublarında çıxış edib.
“Sabah” yay transfer dövründə daha öncə Elvin Camalov, Səlahət Ağayev və Xuan Kamaranı heyətinə cəlb etmişdi.