- Baxış sayı: 10
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Aleksey İsayev “Sabah”in heyətində 100-cü çempionat oyununu keçirib.
Allsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan premyer liqasının XI turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə sonradan meydana çıxıb.
2020-23-cü illərdə də “Sabah”da oynayan, cari mövsümün gedişində kluba dönən Aleksey 100 oyunda 11 qol vurub.
İsayev “Sabah”dan başqa “Sumqayıt” və “Qarabağ”da da çıxış edib. O, premyer liqada ümumilikdə 182 oyunda 12 dəfə fərqlənib.