- Baxış sayı: 440
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

İslam həmrəyliyi oyunlarının təşkilində və keçirilməsində iştirak edən və akkreditasiyadan keçmiş şəxslər, habelə Bakı-2017-in iştirakçıları aprelin 1-dən viza almadan Azərbaycana gələ biləcəklər. Allsport.az saytı xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2017-ci il 2 mart tarixli Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və ölkəmizdən gedə bilərlər.
4-cü İslam həmrəyliyi oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.