- Baxış sayı: 13
- 25 Fevral 2026 01:50
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Sabah”ın təşkil etdiyi “Hər qol üçün bir ədəd ağac əkək” layihəsi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, yeni istifadəyə verilmiş 4 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətində ağacəkmə aksiyası keçirilib.
Allsport.az xəbər verir ki, aksiya çərçivəsində “Sabah”ın cari mövsümdə vurduğu 42 qola uyğun olaraq eyni sayda ağac əkilib.
Ağacəkmə aksiyasında əvəzedici komandanın futbolçuları – Timilehin Oluvaseun, Səbuhi Qurbanov və Surxay Nəbiyev iştirak ediblər.