- Baxış sayı: 40
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 46
- Dekabr 12, 2025
- 0

Allsport.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda 2022/23-cü il mövsümünə yekun vurulub.
“Sabah” futbol akademiyasının komandaları son mövsümdə də uğurlu nəticələrə imza atıblar. Belə ki, onlar bütün liqaları medalla başa vurublar. 4 komanda (U-13, U-15, U-16 və U-17) son mövsümdə qızıl, U-14 komandası, U-19 isə bürünc medal qazanıb.
AFFA-nın qərarı ilə 2022/23 mövsümündən etibarən 12 və daha aşağı yaş qruplarından ibarət liqalarda nəticələr qeydə alınmır.