- Baxış sayı: 29
- 23 Fevral 2026 23:48
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Azərbaycan premyer liqasında 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, almaniyalı hücumçunun yubileyi XXI tura təsadüf edib.
O, “Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – “Sabah”da köynək geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.
Coy-Lens çempionatın tarixində ən azı 100 oyun keçirən legionçu statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Mikels minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.
Premyer liqada 2021-ci ildə debüt edən Mikels ölkəmizdə yalnız “Sabah”ın köynəyini geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.
Coy-Lens turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.