- Baxış sayı: 27
- 31 Mart 2026 17:12
- Baxış sayı: 708
- Mart 30, 2026
- 0

“Sabah”ın yay hazırlıq planı bəlli olub. Allsport.az xəbər verir ki, komanda iyulun 1-də Bakıda yığışacaq.
Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda olacaq. İyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yollanacaq “ağ-göylər”, iki həftə bu ölkədə hazırlıq keçəcək.
Bakıda 2, Tbilisidə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə məlumat veriləcək.