- Baxış sayı: 41
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 47
- Dekabr 12, 2025
- 0

Allsport.az xəbər verir ki, komanda növbəti mövsümün hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq.
Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komanda Qəbələyə yola düşəcək və toplanış iyulun 5-də başa çatacaq.
İyulun 6-da isə “Sabah” hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.