- Baxış sayı: 21
- 28 Noyabr 2024 22:16
- Baxış sayı: 111
- Noyabr 28, 2024
- 0
“Sabah” yeni mövsüm futbol geyimlərini təqdim edib. Allsport.az saytı xəbər verir ki, formalar “Macron” firması tərəfindən, klubun təqdim etdiyi xüsusi tərtibatla hazırlanıb.
Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədi. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidi.
Səfər oyunları üçün hazırlanmış forma isə futbol akademiyasının bünövrəsini təşkil edən “Vətən” futbol məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədr. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.