- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Liqa 1-ə qayıtdıqdan sonra varlı Arno ailəsi və “Red Bull” qrupu tərəfindən maliyyələşən “Paris” adından söz etdirməyə qərarlıdır.
Allsport.az xəbər verir ki, bu mövsüm klubun məqsədi sadəcə olaraq yüksək liqada yerini qorumaqdır, lakin uzunmüddətli plan daha iddialıdır.
Bu layihə tədricən formalaşır. Növbəti addım Marko Neppenin yeni idman direktoru təyin edilməklə atılıb. Keçmiş peşəkar futbolçu olan almaniyalı mütəxəssis oktyabrın 1-dən Fransua Ferrakçini əvəzləyəcək.
Neppe 10 ilini “Bavariya”da keçirib. O, Münhen təmsilçisində skautluq və transferlər də daxil olmaqla müxtəlif vəzifələrdə çalışıb.