Sabiq prezident saxtakarlıqda ittiham olunur

İspaniya məhkəməsi “Barselona”nın keçmiş prezidenti Xosep Bartomeunu ifadə vermək üçün çağırıb.

Allsport.az xəbər verir ki, o, milyonlarla dollarlıq transfer haqları ilə bağlı iş üzrə müttəhim kimi ittiham olunur.

İstintaq, Xosepi milyonlarla dollarlıq transfer haqqı ödəməkdə, eləcə də bir sıra qeyri-qanuni əməliyyatlarda ittiham edən hazırkı klubun prezidenti Joan Laportanın bəyanatından sonra başlayıb. Kluba dəyən ziyan 30 milyon avro olaraq qiymətləndirilir.

İddialara görə, transfer saxtakarlığına Malkomun 2018-ci ilin yayında “Bordo”dan sonradan “Zenit”ə keçidi də daxildir. Bu transfer üçün 10 milyon avro komissiya ödənilib.

Laporta həmçinin Antuan Qrizmannın transferi üçün “Atletiko Madrid”ə qanunsuz olaraq 15 milyon avro ödədiyini iddia edib. O, hesab edir ki, pul Madrid təmsilçisinin fransalı futbolçu ilə bağlı danışıqların hələ onun “Atletiko” ilə müqaviləsi olduğu müddətdə aparıldığına dair sübutları məhkəməyə təqdim etməməsi üçün köçürülüb.

Həmin kateqoriyadan