- Baxış sayı: 29
- 23 Fevral 2026 23:48
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Paris” klubu baş məşqçi postuna yeni təyinatı açıqlayıb.
Allsport.az xəbər verir ki, Stefan Jiyinin istefaya göndərilməsindən sonra boş qalan bu vəzifəyə Antuan Kombuare gətirilib.
62 yaşlı məşqçi karyerası ərzində “Strasbur”, “Valansyen”, PSJ, “Əl-Hilal”, “Lans”, “Genqam”, “Dijon”, “Tuluza” və “Nant” kimi klublarda çalışıb.
Hazırda turnir cədvəlində 23 oyundan sonra 23 xalla 15-ci pillədə qərarlaşan paytaxt təmsilçisi mütəxəssisin rəhbərliyi ilə vəziyyəti düzəltməyə çalışacaq.