- Baxış sayı: 35
- 22 Mart 2026 15:50
- Baxış sayı: 134
- Mart 22, 2026
- 0

“Turan Tovuz” növbəti transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, Tovuz təmsilçisi İbrahima Vacini heyətinə cəlb edib.
Son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantəp BB”, Norveçdə “Mölde” və “Hauqesund”, Azərbaycanda isə “Qarabağ”ın formasını geyinib.