- Baxış sayı: 231
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 109
- Fevral 06, 2026
- 0

Misirin paytaxtı Qahirədə qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qalib müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan Anna Başta (şəkildə soldan 1-ci) finala qədər imanla irəliləyib. Həlledici görüşdə yaponiyalı Emura Misakiyə 10:15 uduzan idmançımız, gümüş medal ilə kifayətlənib.
Cari mövsüm 2 dünya kubokun və 1 qran-prinin mərhələ yarışını qazanan Anya, son Avropa çempionu olmaqla dünya reytinqinin 1 nömrəsinə çevrilib. Ona ilin sonunda keçiriləcək FİE-nin konqresində dünya kuboku təqdim olunacaq. Öncə bu titula bizdən Yelena Jemayeva layiq görülüb.