- Baxış sayı: 15
- 04 Dekabr 2024 22:51
- Baxış sayı: 49
- Dekabr 04, 2024
- 0
3 dekabr – beynəlxalq əlillər günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbinin şagirdləri ilə görüş keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan əlillər futbolu federasiyasının prezidenti Elşad İbrahimli, AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, məktəbin direktoru İradə Vəzirova və idman müəllimi Günay Məmmədova iştirak ediblər. Məqsəd uşaqların sağlam həyata inteqrasiyası və onların arasında görmə məhdudiyyətlilərin futbolunu inkişaf etdirməkdir. Sonda görmə məhdudiyyətli uşaqlara xüsusi səsli toplar hədiyyə olunub.