- Baxış sayı: 14
- 21 Yanvar 2026 10:33
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Bu gün Futbolun inkişaf fondunun vasitəçiliyi ilə “Şahdağ Qusar” futbol klubu və “İSFA” arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.
Allsport.az saytı xəbər verir ki, anlaşmanı “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev və “İSFA” şirkətinin direktoru Samir Xeyirbəyov imzalayıblar. Müqaviləyə əsasən, klubun oyun, məşq və nümayiş dəstlərinin arxa hissəsində tərəfdaşın loqosu yerləşdiriləcək.
İSFA MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur.