- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Bakı” – “Şərurspor” matçının 42-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Hidayət Bəylərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Energetik” – “Neftçala” matçının 86-cu dəqiqəsində “Energetik”in futbolçusu Kamran Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Göyəzən” – “Bakılı” matçında “Bakılı” klubu əvəzetmə limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçın hakim inspektoru və hakimlər briqadası haqqında hər iki komitə lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
“Şahdağ” – MOİK matçının 87-ci dəqiqəsində hər iki klubun təqsiri nəticəsində oyunda məcburi fasilələr yaranıb. Oyunun başa çatmasına baxmayaraq baş vermiş iğtişaşlara görə hər iki klub 300 manat cərimə olunub. Bu hall yenidən təkrar olunarsa, hər iki klub daha ciddi səkildə cərimə olunacaq.