- Baxış sayı: 41
- 24 İyun 2026 17:37
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Azərbaycan I liqasında çıxış edən “Mingəçevir” komandasının baş məşqçi postuna yeni təyinat gerçəkləşib.
Allsport.az xəbər verir ki, bu vəzifə pro kateqoriyalı mütəxəssis Ramiz Məmmədova həvalə olunub.
Mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, Füzuli Məmmədovu əvəzləyib.
“Mingəçevir” ötən mövsüm I liqada 35 xalla 4-cü yeri tutub.