Şahin Diniyev: “Ələ düşən qol imkanlarından yararlanmaq mümkün olmadı”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldova “Daçiya”sına qarşı keçirilmiş oyundan sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, rəqiblə ilk matçı belə şərh edib:

“Bu gün gözəl oyun sərgilədik. Azarkeşlərimiz qarşısında başıaşağı olmağımıza heç bir səbəb yoxdur. Heyətdə beş yeni futbolçu var. Komandanı demək olar ki, 10 gündür formalaşdırmışıq. Uşaqlar vəzifələrinin öhdəsindən gəldilər. Sadəcə, ələ düşən qol imkanlarından yararlanmaq mümkün olmadı. Amma planlaşdırdığımız hücumlar, əks-hücumlar baş tutdu.

Fikrimcə, bir qədər zamana ehtiyac var ki, bu futbolçular bir-birini daha yaxşı başa düşsün, xətlər arasındakı əlaqə daha da ideal vəziyyətə gəsin. Moldovada daha da yaxşı oynamağa çalışacağıq. Düzgün yoldayıq. Komanda Avroliqaya layiqli oyun göstərdi. Buna görə futbolçulara minnətdaram. Cavab görüşü öncəsi yenə də şanslar bərabərdir”.

Həmin kateqoriyadan