- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Kəpəz” – “Admira” matçı öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı bugünkü matçla bağlı fikrini bölüşüb:
“Əvvəlcə siz mətbuat işçilərinə bu isti havada bura gəldiyiniz üçün minnətdaram. Avroliqa oyunlarında bizim arxamızdasız və bunu hiss edirik. Hərə bir cür dəstək olur, siz də bu işinizlə futbolçulara motivasiya verirsiz. Oyuna gəlincə, reklam xarakterli sözlərdən uzaq olmalıyıq. Elə bir söz deməliyik ki, sabah oyundan sonra da söyləməyə sözümüz olsun.
“Admira” güclü, səviyyəli komandadır. Onların üç oyununu izləmişəm, sürətli oynayırlar. İlk matçda rəqibə boş sahələr verməməyə çalışdıq. Amma bir fərdi səhvlə uduzduq. Müdafiədə etibarlı, səliqəli çıxış etməliyik. Səfərdə 1:0 hesabı ilə uduzmağımız böyük üstünlük deyil. Şanslar 50-nin 50-yədir. Biz döyüşü uduzmuşuq, müharibəni uduzmamaq arzusu ilə meydana çıxacağıq.
Futbolçular məsuliyyəti dərk edirlər, mən xoşbəxtəm ki, onlarla işləyirəm. Hamıya hörmət bəsləyən oyunçulardır. Əlimizdə şans varsa, daha yeni uğurlara imza atmalıyıq. Bizi çətin oyun gözləyir. “Admira” aqressiv oynayır və rəqibə təzyiq yaratmağı bacarır. Daha çox qol vəziyyəti yaratmağa çalışmalıyıq. Hər iki tərəf taktiki cəhətdən ağıllı oynamağa çalışacaq. Bizə sərf edən nəticəyə oynayacağıq”.