- Baxış sayı: 49
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev növbəti mövsümdən “Kəpəz”i çalışdıracaq. Allsport.az saytına açıqlamasında bunu təcrübəli mütəxəssis özü də təsdiqləyib:
“Klub rəhbərliyi ilə görüşdən sonra ilkin razılığımı vermişəm. İyulun 1-dən işə başlamalıyam”.
Qeyd edək ki, Diniyev 2004/05 mövsümündə də Gəncə təmsilçisində çalışıb. O, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərir.