- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Admira” ilə ilk oyunu ilə bağlı səfər hazırlığı səbəbindən “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin doğum günü Avstriyada qeyd olunub. Azerisport.az xəbər verir ki, 50 yaşını tamamlayan çalışdırıcının şərəfinə komandanın yerləşdiyi oteldə tort kəsilib.
Müşahidə Şurasının sədri Mikayıl Mərimanoğlu klubun rəhbərliyi adından Şahin müəllimi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Ona gələcək işlərində uğurlar arzulayıb.
Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən baş məşqçi “Kəpəz”in AL-da mərhələ adlamasını özünə ən böyük hədiyyə saydığını deyib.
Şahin Diniyevin 50 illik yubileyi “sarı-göylər”in Avstriyada məskunlaşdığı “Lengbachhof” otelinin diqqətindən də yayınmayıb. Mütəxəssisə doğum günü hədiyyəsi təqdim olunub.