- Baxış sayı: 236
- 22 Fevral 2026 17:29
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

Şahmat üzrə Azərbaycan kubokunun finalçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, böyüklərin mübarizəsində Aydın Süleymanlı və Ülvi Sadıqov finala vəsiqə qazanıblar.
Nicat Abasov və Xəzər Babazadə isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.
12 yaşadək şahmatçıların yarışında isə Şahin Vəliyev və Tunar Davudov finala çıxıblar. Həsən Orucov və İsmayıl Süleymanlı 3-cülük uğrunda yarışacaqlar.